wrapper

Müsahibə

Rail Məlikov: "Kamran müəllimin özündən soruşarsız ki..."

Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "İnter" - "Sumqayıt" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ətraflı

Fərhad Vəliyev: "...oyuna çıxmır, amma milliyə dəvət alır"

"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevin Futbol11.az saytına müsahibəsi:

Ətraflı

Cavid Hüseynov: "Xəbəri oxuyanda şoka düşdüm"

Futbol üzrə Azərbaycan millisinin Qətərlə yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb. Futbol11.az xəbər verir ki, seçməmizin baş məşqçisi Rober Prosineçkinin dəvət göndərdiyi futbolçular arasnda "Qəbələ"nin yarımmüdafiəçi Cavid Hüseynov da var. Saytımıza müsahibə verən təcrübəli futbolçu yenidən yığmaya dəvət almasınına fikir bildirməklə yanaşı, bir sıra məsələlərlə bağlı suallarımızı cavablandırıb. - Əvvəlcə yenidən milliyə dəvət almanla bağlı fikirlərini bilmək maraqlı olardı... - Hər zaman millidə çıxış etmək istəmişəm. Bu, mənim üçün şərəfdi. Bilirdim ki, yenidən milliyə dəvət almam üçün müəyyən bir vaxt lazımdı. İndi də formamı bərpa etmişəm. İnanıram ki, bundan sonra yığmada da yaxşı çıxış edəcəm. - İndiki durumda start heyətdə oynamağa hazırsan? - Hazıram, özümü start heyətində görürəm. Mənim mövqeyimdə çox güclü futbolçuların olmasına baxmayaraq, rəqabətdən çəkinmirəm. Komanda yoldaşlarımın hamısı yaxşı formadadı. Əvvəlki oyunlarda iştirak etməsəm də, millinin çıxışını izləmişəm. Bu gün bizim uğur qazanmaq üçün şansımız, potensialımız var. Yaxşı nəticələr əldə edib, zəfər qazana bilərik.  - Riçard Almeydanın milliyə dəvət edilməsinə münasibətin necədi? - O, illərdi gözümün qarşısındadı. Çox güclü futbolçudu. Millimizə faydası olacaq. Daima stabil çıxışı ilə yadda qalıb. Ona uğurlar arzulayıram. - Milliyə ilk dəfə dəvət alanlar sırasında gənc futbolçunuz Tellur Mütəllimov da var. Kapitan kimi onun potensialını necə görürsən? - Tellur həqiqətən də həm futbolçu, həm də insan kimi çox yaxşı biridi. Onun da perespektivi var. Belə gəncləri milliyə dəvət edib, yollarını açmaq lazımdı. Prosineçki sağ olsun ki, ona bu şansı tanıyıb.  - Son günlərdə ən çox müzakirə edilən məsələrdən biri də İntizam Komitəsinin "Qəbələ"yə qarşı tətbiq etdiyi cəzalardı. Kapitanın da bu məsələ ilə bağlı fikirlərini bilmək maraqlı olardı... - Buna necə fikir bildirmək olar? Düzü, nə deyəcəyimi bilmirəm. Deyiləsi söz yoxdu. Nəyə görə belə hadisələrin baş verdiyini anlamıram. Çox məyus oluruq. - Qərəz olduğunu düşünmürsən? - Tamam dəqiqliyi ilə heç nə deyə bilmirəm. Bilmirəm, qərəzdən irəli gəlir, yoxsa... Sadəcə, sözüm yoxdu. Amma çox üzücü qərarlardı. "Qəbələ" bu gün Azərbaycanın iki ən böyük klubundan biridir. Hansı ki, avrokuboklarda ölkəmizi layiqincə təmsil edə bilir. Bizə qarşı belə qərarlar qəbul etmələrinin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Bilmirəm, bu sabahsı gün Azərbaycan futboluna nə dərəcədə fayda verəcək. Psixoloji olaraq bizə də mənfi təsir edir. Dünən xəbərləri oxuyanda şoka düşdüm. Dedim, belə şey olar? Hamı da gördü ki, Nika Kvekveskiriyə sarı vərəqə vermək əvəzinə, "qırmızı" verdi. Şillə vurduğu üçün Nicat Qurbanova "qırmızı" düşürdü. Zərbənin təsiri var da. Bunu hakimlər də televiziya verilişində çıxış edəndə deyirlər. Nika zərbə vurmamışdı, sadəcə, itələmişdi.  - Qarşıda 8 tur var və "Qarabağ"dan 1 xal öndəsiz. Şansları necə dəyərləndirən? - Düzdü, qarşıda hələ çox tur var. Biz çalışacağıq ki, üstünlüyümüzü sona qədər qoruyaq. Hər oyuna nəticə üçün çıxacağıq. - Əliyar Ağayevin "Zirə" ilə oyundan sonra "Kəpəz"lə matçda da verdiyi qərarlar siz tərəfdən etirazla qarşılandı. Bundan sonra Ağayevin sizin oyuna təyinat alsa, bunu necə qarşılayacaqsız? - Biz də oturub fikirləşirik. Biz də insanıq. Meydançaya çıxanda heç kimə qarşı qərəz nümayiş etdirmirik. Sadəcə, son zamanlar əlehimizə elə qərarlar olur ki, insan istər-istəməz qıcıqlanır. Hakimin kim olmasının fərqi yoxdu. Sadəcə, biz ədalətli olmalarının tərəfdarıyıq. Qərar verəndə düşünmək lazımdı. Gələcəyi görmək lazımdı. Bunun sabahı da var axı. Belə qərarlar komandaların sponsorlarına, iş adamlarının fikirlərinə təsir edə bilər. Bunu da düşünmək lazımdı. Düşünüb qərar vermək lazımdı.  - Növbəti turda "İnter"lə qarşılaşacaqsız... - Çox çətin oyun olacaq. Hər iki komanda yaxşı formadadı. Maraqlı oyun olacağını düşünürəm. Belə oyunlar futbolumuzun inkişafına müsbət təsir edəcək.  EMİN SƏFƏROV

Ətraflı

Rauf Əliyev: "Qarabağ"a qalib gəlmək bizim üçün tam başqa bir hissdir"

Topaz Premyer Liqasının XX turunda "İnter" səfərdə "Qarabağ"ı məğlub edib - 0:1. Futbol11.az xəbər verir ki, oyundan sonra "İnter"in hücumçusu Rauf Əliyev əməkdaşımızın suallarını cavablandırıb: 

Ətraflı

Qurban Qurbanov: "Çempion olmasaq..."

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Futbol11.az saytına müsahibəsi:

Ətraflı

Ramin Musayev: "Əcnəbi hakimlərin Antalyada çıxardığı hoqqaları öz gözümlə görmüşəm"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Futbol11.az saytına müsahibəsi.

Ətraflı

Kamran Quliyev: "Bütün klublar bunun nədən qaynaqlandığını anlayır"

Bu gün Klublar Komitəsinin 2017-ci ildə ilk iclası keçirilib.

Ətraflı

Fariz Nəcəfov: "Haqsızlığı ört-basdır edən adama salam verməyəcəm"

Bu gün Klublar Komitəsinin 2017-ci ildə ilk iclası keçirilib. Futbol11.az xəbər verir ki, iclasda iştirak edən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov toplantıdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Ətraflı

Cavid Hüseynov: "Onu adi adam da hiss edirdi"

Topaz Premyer Liqasının XVIII turunda baş tutan "Zirə" - "Qəbələ" matçı bərabərliklə başa çatıb - 2:2. Futbol11.az xəbər verir ki, bu oyun "Qəbələ"nin futbolçusu Cavid Hüseynov üçn əlamətdar olub. O, uzun müddətdən sonra komandasını start heyətdə kapitan kimi meydana çıxarıb.  Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran Hüseynov fikirlərini bildirib:

Ətraflı

Emil Balayev avtoqəza barədə: "Bizə tanış ailə idi"

Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun XV turunda keçirilən "Səbail" - MOİK matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ətraflı

"Səfər oyunlarında heç 1-2 azarkeşimiz olmurdu" - "Neftçi"nin yeni transferi

Topaz Premyer Liqasının XVII turunda "İnter"in qonağı olan "Neftçi" meydanı 3:1 hesablı qələbə ilə başa vurub. Futbol11.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın futbolçusu İqnasio Herrera jurnalistlərin suallarını cavablandırıb. "Oyun çətin keçdi. Hazırlaşanda da bilirdik ki, asan olmayacaq. Yaxşı ki, Seqovianın zərbəsi qol oldu. Həmin qol bizdə özünəiam hissi yaratdı. Bu qələbə münasibəti ilə hamını təbrik edirəm". - “İnter”dən belə zəif oyun gözləyirdiz? - Rəqib güclü idi. Amma onlardan belə oyun gözləmirdik. Bu qələbəni öz oyunumuzla qazandıq. Onları zəif çıxış etməsinə məcbur etdik.  - “İnter”dən çəkinmirdiz ki, hesabı bərabərləşdirərlər? - Bəli, hesabda 2:1 öndə olanda bilirdik ki, “İnter” qol vursa, hər şey dəyişə bilər. Amma biz inamlı oynadıq və 3-cü qolumuzu da vurduq. - Növbəti tur “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edəcəksiz. Doğma meydanda oynamaq üçün can atmırsız? - Bura gələn gündən istəmişəm ki, öz meydanımızı görüm. Səbrsizliklə “Bakcell Arena”da oynamaq istəyirəm. Oranı görmək və oynamaq üçün səbrsizlənirəm. - “Bakcell Arena”da azarkeşlər az olur. Boş tribunalar önündə oynamaq necə hissdir? - Bildiyiniz kimi, Qazaxıstandan gəlmişəm. Burada olan atmosfer Qazaxıstan çempionatında yoxdu. Səfər oyunlarında heç 1-2 azarkeşimiz olmurdu. Yəni, bunlara öyrəşmişəm.

Ətraflı

Daniel Seqovia: "...hakimlər də bizə qalib gələ bilməyəcəklər"

Topaz Premyer Liqasının XVII turunda “Neftçi” səfərdə “İnter”i məğlub edib – 1:3. Futbol11.az xəbər verir ki, oyundan sonra “Neftçi”nin futbolçusu Daniel Seqovia əməkdaşımızın suallarını cavablandırıb:

Ətraflı

Nizami Hacıyev: “Elə bil ki, qol buraxmağımız bizə stimul verir”

Bakının “İnter” klubunun kapitanı Nizami Hacıyevin Futbol11.az saytına müsahibəsi:

Ətraflı

Rəmiş Malıyev: "İnter"in dağılması düzgün olmaz"

Bildiyiniz kimi, Bakının “İnter” klubunda bir neçə gün öncə ciddi dəyişiklik baş verib. Belə ki, Beynəlxalq Bankın klubu maliyyələşdirməkdən imtina etməsindən sonra, AFFA hüquqşunası Rəmiş Malıyevi klubda səlahiyyətli nümayəndə təyin edib. Adından bəhs etdiyimiz şəxs bu gün Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Sumqayıt” – “İnter” (2:2) oyununu izləyənlər arasında idi. Oyundan sonra Malıyevlə klubun indiki vəziyyətindən, gələcək taleyindən danışdıq: - Komandanız “Sumqayıt”la oyunda gözlənilmədən xal itirdi. Matç haqda nə deyə bilərsiniz? - Komanda çox yaxşı təsir bağışladı. İlk dəfə idi ki, “İnter”in oyununu belə, ürəkdən izləyirdim, həyəcanı yaşayırdım. Emosiyalar qalxır, düşür. Futbol sona qədər oynanılan idman növüdü. Gördüyünüz kimi, “Sumqayıt”la oyunda sona qədər mübarizə aparmadıq, ona görə də hesabı bərabərləşdirdilər. Bəlkə də, ədalət zəfər çaldı deyə, “Sumqayıt” ikinci qolu vurdu.   - “İnter” bir neçə dəfə çətinliklərlə üz-üzə qalsa da, öz oyun üslubunu dəyişməyib. Bundan sonra necə olacağını düşünürsünüz? - Hesab edirəm ki, “İnter” çox güclü komandadır. Mən futbolçularla görüşüb, söhbət etmişəm. Düz qeyd etdiniz ki, “İnter” ötən ildən çətin vəziyyətdə yaşayır. Bütün bunlara baxmayaraq, “İnter” öz oyun stabilliyini qoruyub saxlaya bilir. Mən buna görə futbolçulara minnətdaram. Bunu hər komanda bacarmaz.   - Qeyd etdiniz ki, yaxşı komandamız var. Bu yaxşı komandanın dağılması ədalətli olarmı? - Komandanı müəyyən mənada futbolçular da xilas edə bilərlər. Bizim də , onların da üzərində məsuliyyət var. Əgər nəticələr yaxşı olsa, sponsorlar komandaya daha yaxşı maraq göstərə bilərlər. Düzdü, indiki zamanda hər şey çox çətindir. Obyektiv olaraq deyə bilərəm ki, “İnter” Azərbaycanın ən stabil komandasıdır. Düzgün olmaz ki, belə bir komandanın səviyyəsi aşağı düşsün və çempionatda iştirak etməsin.  Biz əlimizdən gələni edəcəyik.   - Qısa müddət ərzində komandanın son durumunu, baş verən hadisələri öyrənə bilmisiniz? - Müəyyən qədər. Ümumi məsələlərlə bağlı məlumatım var, əvvəldən də maraqlanmışdım. Əslində, biz bura nəyisə dəyişmək üçün gəlməmişik. Çalışırıq ki, komandanı mövsümün sonuna qədər bu səviyyədə aparaq. Dediyim kimi, hal-hazırda heç bir dəyişiklik nəzərdə tutulmayıb.   - Hər-hansı bir şirkət komandaya dəstək olsa, burada qalacaqsınız? Yoxsa, müvəqqəti olaraq gəlmisiz və müəyyən müddətdən sonra öz işinizə qayıdacaqsınız... - Artıq özümdə də idmana müəyyən qədər maraq yaranıb. Mən indi o barədə düşünmürəm. Arzun odur ki, komanda mövsümün sonuna qədər ən azı üçüncü pilləni tutsun. İlk pillələrdə mübarizə aparan komandalarla da mübarizə apara bilərik, onlardan heç nə ilə geridə qalmırıq. Əsas məqsədim komandanın Avrokuboklara vəsiqə qazanmasıdır.   - Sponsor tapılmasa, komandanın sonu necə olacaq? - Bu barədə heç nə deyə bilmərəm.   - “İnter”də 170-ə yaxın işçi çalışır. Maliyyə vəziyyətini nəzərə alsaq, hansısa ixtisarlar gözlənilirmi? - Xeyr, olduğu kimi qalacaq. Biz heç kimi işindən uzaqlaşdırmayacıq.    Çingiz ABBASOV 

Ətraflı

Fariz Nəcəfov: "Qarabağ" bizim narazılığımızı öz üzərinə götürməsin"

Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan "Qəbələ" - "Neftçi" (1:0) oyunundan sonra meydan sahiblərinin vitse-prezidenti Fariz Nəcəfov  Futbol11.az saytının əməkdaşının suallarını cavablandırıb: 

Ətraflı

Tonukara: "Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi?"

Premyer Liqanın XVI turunun AZAL - "Qarabağ" oyunu matçı qeyri-adi hakim qərarıyla yadda qalıb. Futbol11.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Orxan Məmmədov meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranı gözlənilmədən meydandan qovub.

Ətraflı

Reynaldonun agenti braziliyalıdısa, Tural Əsgərov hardan çıxdı?

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda futbol agenti kimi fəaliyyət göstərən Boyan İliçin müsahibəsi:

Ətraflı

"Kəpəz"i çox sevirəm" - Serjinyo

“Kəpəz”in portuqaliyalı futbolçusu Serjinyonun müsahibəsi.

Ətraflı

Fariz Nəcəfov: "İki futbolçu ilə güclənmək fikrimiz var"

Bu gün Klublar Komitəsinin 2016-cı ildə sonuncu iclası keçirilib. Futbol11.az xəbər verir ki, iclasdan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

Ətraflı

Rəhman Hacıyev: "Neftçi"dən getmək fikrim yoxdu"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"yə 1:2 hesablı uduzmasına baxmayaraq, yarımfinala adlayan tərəf "Neftçi" olub. Futbol11.az xəbər verir ki, ilk oyunda 3:0 hesabı ilə qalib gələn "ağ-qaralar" yarımfinalda "Qarabağ"la üzləşəcək.

Ətraflı

"Odla su arasında qalmışıq" - "Neftçi"nin legioneri

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" öz meydanında "Zirə"yə məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayıb. 

Ətraflı