wrapper

Müsahibə

Rəmiş Malıyev: "İnter"in dağılması düzgün olmaz"

Bildiyiniz kimi, Bakının “İnter” klubunda bir neçə gün öncə ciddi dəyişiklik baş verib. Belə ki, Beynəlxalq Bankın klubu maliyyələşdirməkdən imtina etməsindən sonra, AFFA hüquqşunası Rəmiş Malıyevi klubda səlahiyyətli nümayəndə təyin edib. Adından bəhs etdiyimiz şəxs bu gün Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Sumqayıt” – “İnter” (2:2) oyununu izləyənlər arasında idi. Oyundan sonra Malıyevlə klubun indiki vəziyyətindən, gələcək taleyindən danışdıq: - Komandanız “Sumqayıt”la oyunda gözlənilmədən xal itirdi. Matç haqda nə deyə bilərsiniz? - Komanda çox yaxşı təsir bağışladı. İlk dəfə idi ki, “İnter”in oyununu belə, ürəkdən izləyirdim, həyəcanı yaşayırdım. Emosiyalar qalxır, düşür. Futbol sona qədər oynanılan idman növüdü. Gördüyünüz kimi, “Sumqayıt”la oyunda sona qədər mübarizə aparmadıq, ona görə də hesabı bərabərləşdirdilər. Bəlkə də, ədalət zəfər çaldı deyə, “Sumqayıt” ikinci qolu vurdu.   - “İnter” bir neçə dəfə çətinliklərlə üz-üzə qalsa da, öz oyun üslubunu dəyişməyib. Bundan sonra necə olacağını düşünürsünüz? - Hesab edirəm ki, “İnter” çox güclü komandadır. Mən futbolçularla görüşüb, söhbət etmişəm. Düz qeyd etdiniz ki, “İnter” ötən ildən çətin vəziyyətdə yaşayır. Bütün bunlara baxmayaraq, “İnter” öz oyun stabilliyini qoruyub saxlaya bilir. Mən buna görə futbolçulara minnətdaram. Bunu hər komanda bacarmaz.   - Qeyd etdiniz ki, yaxşı komandamız var. Bu yaxşı komandanın dağılması ədalətli olarmı? - Komandanı müəyyən mənada futbolçular da xilas edə bilərlər. Bizim də , onların da üzərində məsuliyyət var. Əgər nəticələr yaxşı olsa, sponsorlar komandaya daha yaxşı maraq göstərə bilərlər. Düzdü, indiki zamanda hər şey çox çətindir. Obyektiv olaraq deyə bilərəm ki, “İnter” Azərbaycanın ən stabil komandasıdır. Düzgün olmaz ki, belə bir komandanın səviyyəsi aşağı düşsün və çempionatda iştirak etməsin.  Biz əlimizdən gələni edəcəyik.   - Qısa müddət ərzində komandanın son durumunu, baş verən hadisələri öyrənə bilmisiniz? - Müəyyən qədər. Ümumi məsələlərlə bağlı məlumatım var, əvvəldən də maraqlanmışdım. Əslində, biz bura nəyisə dəyişmək üçün gəlməmişik. Çalışırıq ki, komandanı mövsümün sonuna qədər bu səviyyədə aparaq. Dediyim kimi, hal-hazırda heç bir dəyişiklik nəzərdə tutulmayıb.   - Hər-hansı bir şirkət komandaya dəstək olsa, burada qalacaqsınız? Yoxsa, müvəqqəti olaraq gəlmisiz və müəyyən müddətdən sonra öz işinizə qayıdacaqsınız... - Artıq özümdə də idmana müəyyən qədər maraq yaranıb. Mən indi o barədə düşünmürəm. Arzun odur ki, komanda mövsümün sonuna qədər ən azı üçüncü pilləni tutsun. İlk pillələrdə mübarizə aparan komandalarla da mübarizə apara bilərik, onlardan heç nə ilə geridə qalmırıq. Əsas məqsədim komandanın Avrokuboklara vəsiqə qazanmasıdır.   - Sponsor tapılmasa, komandanın sonu necə olacaq? - Bu barədə heç nə deyə bilmərəm.   - “İnter”də 170-ə yaxın işçi çalışır. Maliyyə vəziyyətini nəzərə alsaq, hansısa ixtisarlar gözlənilirmi? - Xeyr, olduğu kimi qalacaq. Biz heç kimi işindən uzaqlaşdırmayacıq.    Çingiz ABBASOV 

Ətraflı

Fariz Nəcəfov: "Qarabağ" bizim narazılığımızı öz üzərinə götürməsin"

Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan "Qəbələ" - "Neftçi" (1:0) oyunundan sonra meydan sahiblərinin vitse-prezidenti Fariz Nəcəfov  Futbol11.az saytının əməkdaşının suallarını cavablandırıb: 

Ətraflı

Tonukara: "Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi?"

Premyer Liqanın XVI turunun AZAL - "Qarabağ" oyunu matçı qeyri-adi hakim qərarıyla yadda qalıb. Futbol11.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Orxan Məmmədov meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranı gözlənilmədən meydandan qovub.

Ətraflı

Reynaldonun agenti braziliyalıdısa, Tural Əsgərov hardan çıxdı?

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda futbol agenti kimi fəaliyyət göstərən Boyan İliçin müsahibəsi:

Ətraflı

"Kəpəz"i çox sevirəm" - Serjinyo

“Kəpəz”in portuqaliyalı futbolçusu Serjinyonun müsahibəsi.

Ətraflı

Fariz Nəcəfov: "İki futbolçu ilə güclənmək fikrimiz var"

Bu gün Klublar Komitəsinin 2016-cı ildə sonuncu iclası keçirilib. Futbol11.az xəbər verir ki, iclasdan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

Ətraflı

Rəhman Hacıyev: "Neftçi"dən getmək fikrim yoxdu"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"yə 1:2 hesablı uduzmasına baxmayaraq, yarımfinala adlayan tərəf "Neftçi" olub. Futbol11.az xəbər verir ki, ilk oyunda 3:0 hesabı ilə qalib gələn "ağ-qaralar" yarımfinalda "Qarabağ"la üzləşəcək.

Ətraflı

"Odla su arasında qalmışıq" - "Neftçi"nin legioneri

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" öz meydanında "Zirə"yə məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayıb. 

Ətraflı

Rəşad Sadıqov: "34 yaşında ilin futbolçusu seçiləcəyim ağlıma gəlməzdi"

İAM tərəfindən ilin ən yaxşı yerli futbolçusu seçilən "Qarabağ" və milli komandamızın kapitanı Rəşad Sadıqovun Futbol11.az saytına müsahibəsi: 

Ətraflı

Əfran İsmayılov: “Beşiktaş”dan da artıq komanda ilə oynamışıq"

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “İnter”lə bərabərə qalan (0:0) “Qarabağ” qış fasiləsinə lider kimi gedəcəyini dəqiqləşdirdi. Oyundan sonra Ağdam klubunun futbolçusu Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.

Ətraflı

"İlham Əliyev futbol azarkeşidi" - Robert Prosineçki

Millimizin baş məşqçisi Robert Prosineçkinin müsahibəsi: 

Ətraflı

Rəşad Sadıqov: "Ona bir kəlmə dedim"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin son turunda öz meydanında "Fiorentina"ya məğlub olub (1:2). Futbol11.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov əməkdaşımızın suallarını cavablandırıb: 

Ətraflı

Zurab Xizanişvili: "Pərdisi evləndirməyi düşünürük"

  Ruslan Abışovun toyunda iştirak edənlərdən biri də “İnter”inr futbolçusu Zurab Xizanişvili idi. Futbol11.az saytına danışan təcrübəli müdafiəçi Azərbaycanda iştirak etdiyi toyla bağlı fikirlərini bildirib:

Ətraflı

"Rəhim Həsənov hansı oyunu idarə edirsə, bardaq olur" - Asif Məmmədov

Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ” "Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Futbol11.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar”ın futbolçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

Ətraflı