wrapper

Premyer Liqanın XVI turunun AZAL - "Qarabağ" oyunu matçı qeyri-adi hakim qərarıyla yadda qalıb. Futbol11.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Orxan Məmmədov meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranı gözlənilmədən meydandan qovub.

Qarşılaşmadan sonra müsahibə veren Tounkara həmin anı belə şərh edib:

-Epizodun təkrarına baxanda görünürdü ki, qayda pozuntusu yoxdur. Fikrin nədir?

-Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi? Heç nə anlaya bilmədim. 

-Sən İbrahim Sehiçə toxunmuşdun?

-Orda heç nə yox idi. Mən heç kimə toxunmamışam. 

-Bəlkə hakimə etiraz etdiyin üçün qırmızı vərəqə ilə cəzalandın...

-Mən hakimə heç bir etiraz etməmişəm. 

-Bu qərarın “Qarabağ”a nə dərəcədə köməyi oldu? Düşünmürsən ki, tam heyətlə oynasaydız, uduzmazdız...

-Tam heyətlə oynasaydıq, məncə, məğlub olmazdıq, ən azından heç-heçə edə bilərdik. Amma  uduzmazdıq

Son redaktə Cümə, 03 Fevral 2017