wrapper

Topaz Premyer Liqasının XVII turunda "İnter"in qonağı olan "Neftçi" meydanı 3:1 hesablı qələbə ilə başa vurub. Futbol11.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın futbolçusu İqnasio Herrera jurnalistlərin suallarını cavablandırıb.

"Oyun çətin keçdi. Hazırlaşanda da bilirdik ki, asan olmayacaq. Yaxşı ki, Seqovianın zərbəsi qol oldu. Həmin qol bizdə özünəiam hissi yaratdı. Bu qələbə münasibəti ilə hamını təbrik edirəm".

- “İnter”dən belə zəif oyun gözləyirdiz?

- Rəqib güclü idi. Amma onlardan belə oyun gözləmirdik. Bu qələbəni öz oyunumuzla qazandıq. Onları zəif çıxış etməsinə məcbur etdik. 

- “İnter”dən çəkinmirdiz ki, hesabı bərabərləşdirərlər?

- Bəli, hesabda 2:1 öndə olanda bilirdik ki, “İnter” qol vursa, hər şey dəyişə bilər. Amma biz inamlı oynadıq və 3-cü qolumuzu da vurduq.

- Növbəti tur “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edəcəksiz. Doğma meydanda oynamaq üçün can atmırsız?

- Bura gələn gündən istəmişəm ki, öz meydanımızı görüm. Səbrsizliklə “Bakcell Arena”da oynamaq istəyirəm. Oranı görmək və oynamaq üçün səbrsizlənirəm.

- “Bakcell Arena”da azarkeşlər az olur. Boş tribunalar önündə oynamaq necə hissdir?

- Bildiyiniz kimi, Qazaxıstandan gəlmişəm. Burada olan atmosfer Qazaxıstan çempionatında yoxdu. Səfər oyunlarında heç 1-2 azarkeşimiz olmurdu. Yəni, bunlara öyrəşmişəm.