wrapper

"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevin Futbol11.az saytına müsahibəsi:

- Millinin Qətərlə oyun üçün açıqlanan heyəti ilə tanış olanda təəccüblənmədin?

- Əlbəttə təəccübləndim. Bundan öncə də baş məşqçi açıqlamasında demişdi ki, DÇ-2018 və AÇ-2020-ni fikirləşir. Amma mən təcrübəli qapıçı kimi dəvət gözləyirdm. Əlimdən gələni etdim ki, yığmaya dəvət alım. Ola bilər ki, gələcəkdə fikri dəyişdi.

- Yığmamızın qapıçılar üzrə məşqçisi Faiq Əzizov deyib ki, "Fərhad bir oyunu yaxşı keçirdi deyə, onu çağırmalıyıq? Hər qapıçını 1 yaxşı oyuna görə dəvət etsək, daha nə oldu? Fərhad dayandığını dayanıb, milliyə də kömək edib"...

- Digər millilərə nəzər yetirəndə görürük ki, onların da heyətinə təcrübəli qapıçılar çağrılır. Fikrimcə, futblçunun hazırkı formasına diqqət yetirmək lazımdı. Qapıçı stabil oynayırsa, məncə, milliyə dəvət almalıdı. Elə futbolçular var ki, oyuna çıxmır, amma milliyə dəvət alır. Bunu necə izah edə bilərlər? Mən çalışacam ki, stabill çıxış edim. Çünki gələcəkdə fikirlərini dəyişə bilərlər. 

- Qapıçı üçün onun yaşlı olması bir o qədər önəm daşımır axı...

- Əlbəttə. 37-38 və 40 yaşlı qapıçıları başqa millilərin heyətində görmüşük. Onların arasında hazırda karyerasını davam etdirənlər də var. Qapı elə bir yerdi ki, təcrübəyə ehtiyac var. "Sumqayıt"a yeni keçəndə oyun təcrübəsi baxımından çətinlik çəkirdim. Amma indi stabil çıxış edirəm. Məşqçilər də bunu nəzərə almalı idi. Düzü, dəvət gözləyirdim. Faiq Əzizov da məni yaxşı tanıyır. Çalışacam daha da yaxşı çıxış edim ki, qərarlarını dəyişsinlər.

- Aqil Məmmədovla yanaşı, son oyunlarda "Kəpəz"in xilaskarı olan Davud Kəriminin də milliyə dəvət almamasını necə qarşıladın?

- Onlar da təcrübəli qapıçıdılar. Yəqin ki, adıçəkilən qapıçılar da öz sözlərini deyərlər. 

- Təcrübəli qapıçılar qala-qala Şahruddin Məhəmmədəliyevin milliyə dəvət alması səndə qıcıq yaratmadı ki?

- Xeyr. Şahruddini yaxşı tanıyıram. U-21 millimizin qapıçısı idi. "Qarabağ"da mövsümün əvvəlində çıxış etsə də, indi ehtiyatda qalıb. Pis qapıçı deyil. Ümumi götürəndə, cavan olduğu üçün məşqçilər ona şans verib. Cavan olduğu üçün milliyə dəvət alması ilə razılaşıram. Amma mənə də təcrübəli biri kimi dəvət göndərə bilərdilər.

EMİN SƏFƏROV 

Son redaktə Cümə, 03 Mart 2017