wrapper

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Futbol11.az saytına müsahibəsi:

- İddialara görə “Valensiya”dan təklif almısınız. Bu məsələ barədə nə deyə bilərsiniz?

- Bu barədə danışmaq istəmirəm.

- Xarici mətbuatda yer alan məlumatlara görə özünüzə Madriddə ev almısınız. Bu, doğrudurmu?

- Artıq mənim Madriddə evim var. Amma məsələ ilə bağlı ətraflı məluçat vermək niyyətində deyiləm.

- Millinin növbəti yoplanışı nə vaxt olacaq? Ümumiyyətlə, planlar necədir?

- Bütün fikirlər hazırlıqlarla bağlıdır. Mayın 15-də komandamız bir araya gələcək və həmin ayın 20-də Avstriyaya təlim-məşq toplanışına gedəcəyik. Iki yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq.  İyunun 3-də Bakıya qayıdacağıq və Şimali İrlaniya ilə oyunun son hazırlıqlarını ölkədə davam etdirəcəyik. Bütün fikirlərimiz vacib Şimali İrlandiya görüşünədir. Bu, Azərbaycan üçün ən vacibdir. Məncə, əldə etdiyimiz nəticə qrupdakı taleyimizi müəyyənləşdirəcək.

- Yoxlama oyunlarında hansı millilərlə qarşılaşmağı planlaşdırmısız?

- Təəssüflər olsun ki, seçim imkanımız böyük deyil, danışıqlar gedir. Nə qədər güclü rəqib olsa, bizim üçün bir o qədər də yaxşıdır. Bu məsələ həll olan kimi açıqlama verəcəyik.

- Toplanış zamanı və ya Şimali İrlandiya ilə oyunda millidə yeni ad görə bilərik?

- Mən fikirləşirəm ki, olmayacaq.

- Mayın 5-də ölkə kubokunun finalıdır. Oyunu izləmək üçün Naxçıvana gedəcəksiniz?

- Hələ ki, bilmirəm. Yaxın günlərdə qərar verəcəm. Əslində, finalda iştirak edəcək komandaların oyunçuların yaxşı tanıyıram və buna görə də qərarsızam.

Futbol11.az

Son redaktə Şənbə, 22 Aprel 2017