wrapper

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında "Zirə"yə 1:2 hesablı uduzmasına baxmayaraq, yarımfinala adlayan tərəf "Neftçi" olub. Futbol11.az xəbər verir ki, ilk oyunda 3:0 hesabı ilə qalib gələn "ağ-qaralar" yarımfinalda "Qarabağ"la üzləşəcək.

Qarşılaşmadan sonra müsahibə verən bakılıların yarımmüdafiəçisi Rəhman Hacıyev maraqlı fikirləri ilə yadda qalıb. O, "Qəbələ"yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Çətin oyun idi. 3:0 öndə idik. Məğlub olmağımıza baxmayaraq, mərhələ adladıq. "Qarabağ"la oyuna ciddi hazırlaşacağıq"

- Hesabda geriyə düşəndə həyəcan var idi?

- Xeyr. Heç bir həyəcan yox idi. Biz bilirdik ki, onlar pressinq edəcəklər. Biz də rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Göründüyü kimi, müdafiə futboluna üstünlük vermişdik.

- 3:0 hesablı qələbənizdən sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov cavab oyununda "Neftçi"yə 4 qol vura biləcəklərini söyləmişdi...

- Bu, bizim xeyirimizə oldu. Yaxşı oldu ki, rəqib ilk oyundan sonra təslim olmadı. Buna görə də meydana istəkli çıxmışdıq.

- Bəlkə, komandanın indiki durumuna görə, rahatlıqla "Neftçi"yə 4 dənə qol vurarıq" fikri səslənir?

- Bu, onun öz fikridi. Amma "Neftçi" kimi komandaya qarşı yaxşı söz deyil. Komandamızın durumu nə qədər pis olsa da, "Neftçi"yə layiq söz deməyib.

- 5 legionerin göndərilməsindən sonra komandada ab-hava necədi?

- Futbolda hər şey olur. Sabah mən də gedə bilərəm.

- "Qəbələ" keçəcəyin deyilir...

- Yazılanların bəziləri doğrudu, bəziləri də səhv. Demək olar ki, yarıdan çox səhvdi. Bu barədə danışmaq istəmirəm. Hələ tezdi. Hələ ki, 1 illik müqaviləm var. Heç hara getmək fikrim yoxdu

Son redaktə Çərşənbə, 21 Dekabr 2016