wrapper

 

Bu gün Bakıda hakimlərin fiziki hazırlıqlarını yoxlanılması üçün çalışmalar start götürüb. “Bakı”nın bazasında keçirilən hazırlıqlar 2 gün davam edəcək. Ədalət təmsilçiləri səhər artıq ilk məşqlərini ediblər. Hazırlıqlara nəzarət edən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov orada olan əməkdaşımızın suallarını cavablandırıb: 

- Bu, təlim-məşq toplanışında olmayan, Premyer Liqa, 1-ci divizion, əvəzedicilərin oyunlarını idarə edən hakimlər üçün testlərdi. Bu gün hakimlərin bir hissəsi – 50 nəfərə yaxın, digər yarısı isə sabah qaçacaqlar. Məşqlərmizi “Bakı”nın bazasında edirik. Hələ ki, fiziki hazırlıqları yaxşı səviyyədədi. Təbii ki, normativləri verə bilməyənlər də var. Onlar yaxın vaxtlarda təyinat almayacaqlar. Günün 2-ci yarısında nəticələr hazır olacaq.

- Hakimlərimiz bu yay təlim-məşq toplanışında olsalar da, oyun idarə etmədilər. Amma buna baxmayaraq, Topaz Premyer Liqasının ilk turunda ciddi səhvə yol vermədilər...

- Çox gözəl toplanış oldu. Əsas gücümüzü 2 istiqamətdə qoyduq: Fiziki hazırlıqlar və nəzəri biliklər. İlk turda hakimlərmizin fiziki hazırlıqları yüksək səviyyədə idi. Qaydaların yozumu və tətbiqi də yaxşı vəziyyətdə idi. Bu onu göstərir ki, toplanışda yaxşı iştirak ediblər.

- Qarşıdakı turlarda da belə davam edəcəyinə ümid edirsiniz?
- Əlbətdə, kim istəməz ki? Ümid edirik, amma indidən hər şeyin ideal olacağını demək düzgün deyil. Səhvlər olub və olacaq. Hansı sahəyə baxsaq, iş prossesində səhvlər var. Bütün dünyada belədi ki, hakimlər 90 dəqiqə köklənə bilmirlər. Hər matçda səhv var, eləcə də bizim qarşılaşmalarda... Sadəcə, çalışacağıq ki, idarəçilikləri yaxşı səviyyədə davam etsin.

- Elvin Əsgərov toplanışda iştirak etməyib. Onunla bağlı vəziyyət nə yerdədi?

- Kimlər ki, iştirak etməyib, onların vəziyyəti edənlərdən aşağıdı. Hər nə qədər desə ki, “mən qaçmışam”, proqram üzrə məşq etmək daha effektlidi. Toplanışda olanlar gündə 2 dəfə ağır məşqlər keçirdilər. Əsəgrov burada məşq keçib, nəsə çatmasa biz ona yenə şans verəcəyik ki, qaçsın.

- Ötən mövsüm Premyer Liqa, 1-ci divizion və əvəzedicilərin yarışında oyun idarə edən hakimlərdən kənarda qalanlar olacaq?

- Testlərin öhdəsindən gələ bilməyən olacaqsa, təyinat almayacaqlar.

 

ÇİNGİZ ABASOV

 

Son redaktə Cümə axşamı, 17 Avqust 2017