wrapper

 

Ruslan Abışovun toyunda iştirak edənlərdən biri də “İnter”inr futbolçusu Zurab Xizanişvili idi. Futbol11.az saytına danışan təcrübəli müdafiəçi Azərbaycanda iştirak etdiyi toyla bağlı fikirlərini bildirib:

- Ruslan Abışovun toyu sizə necə təsir bağışladı?

- O, çox yaxşı oğlandır və toyunda iştirak etməkdən zövq alıram. Ruslan əla ailə başçısı olacaq. Onun dostluğu bunu deməyə əsas verir. İnsan olaraq isə fantastikdir. Ona ən xoş arzularımı çatdırıram. Gördüyünüz kimi biz də gəlib iştirak edirik. Bu toydan ləzzət aldım. Həqiqətən çox maraqlıdır. 

- Azərbaycan toyunda sizin diqqətinizi nə çəkdi?

- Çox yaxşı toydur. Bütün futbolçular meydanda rəqib olsalar da, burda mehribandırlar. Burda daha mehriban rəqs edirlər. Meydanda rəqib kimi, toyda isə bir-biri ilə qarşılıqlı dost kimi oynayırlar.

- Rəqslərimiz xoşunuza gəldi?

- Çox maraqlıdır. Möhtəşəm rəqslərdir. İkinci dəfədir ki, Azərbaycan toyunda oluram. Burda hər kəs əla rəqs etməyi bacarır. Ümid edirəm ki, yenə toylarda iştirak edəcəyik. Pərdis Fərcad-Azadı növbəti il evləndirməyi düşünürük.

- Bizim futbolçular meydanda daha yaxşı oynayır, yoxsa toyda?

- Meydanda yaxşı oynadıqları kimi toyda da bunu bacarırlar. Vacib olan odur ki, hamısı mehribandırlar. “Qarabağ”, “Qəbələ”, “Zirə”, “Neftçi” və s. klubların futbolçuları birlik nümayiş etdirib Ruslanın yandıdadırlar. Bu dostluq hər şeyə dəyər.

- Gürcüstan toyları ilə hansı fərqlər var?

- Bəzi fərqlər var. Amma əsas odur ki, yeməklər möhtəşəmdir. Bir də sizin şəraba heyran oldum.

Son redaktə Çərşənbə, 07 Dekabr 2016