wrapper

"İlk hissəni xoşlamadım. Zəif və sönük oyun keçir". Futbol11.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Topaz Premyer Liqasının III turu çərçivəsində hazırda davam edən "Qarabağ" - "Qəbələ" matçını izləyən xorvatiyalı mütəxəssis fasilə zamanı əməkdaşımızın suallarını cavablandırıb.

O, komandaların istənilən səviyyədə çıxş etmədiyini bildirib: “Qəbələ” əks-hücumlarda oynayır, “Qarabağ” isə Çempionlar Liqasının ab-havasındadır. Böyük oyunlardan sonra çempionat matçlarına köklənmək çətin olur".

- Qarşıda millimizi San Marino ilə ev və Norveçlə səfər matçı gözləyir. Hədəfimiz nədir?

- Hədəfimiz maksimum xallar qazanmaqdır. Şimali İrlandiyaya məğlubiyyəti unutmamışıq. Rəqibdən güclü oynasaq da, uduzduq. Norveçə qarşı isə son iki matçda məğlub olmamışıq, onlar revanş arzusundadır. Hazırlıqlara sabahdan başlayırıq, Norveçə qarşı da yaxşı oyun sərgiləməyə çalışacağıq. Ancaq irəli baxırıq. Hədəfimiz yaxşı oyun nümayiş etdirmək və xallar qazanmaqdır. Azərbaycanda futbol milli və klub səviyyəsində inkişaf edir.

- Klublarımızın avrokuboklardakı oyunlarını izlməməyiniz mətbuat tərəfindən tənqid edildi. Təmsilçilərimizin çıxışını necə qiymətləndirirsiniz?

- Məni tənqid ediblərsə, buna fikir bildirə bilmərəm. Canlı izləməsəm də, TV-də baxmışam.

- Millidə köməkçiniz olan Elxan Abdullayev “Neftçi”dən ayrıldı. Onu yığmada yenidən görmək istəyərdiniz?

- Bu haqda konkret nəsə deyə bilmərəm. Dəqiq nəsə bilinmir.

- Rauf Əliyev milliyə yenə dəvət almayıb. Deyilənlərə görə, Raufun mətbuata verdiyi müsahibə sizin xoşunuza gəlməyib və bu səbəbdən onu “qara siyahı”ya salmısınız.Bu məsələ doğrudurmu?

- Rauf Əliyev özünü göstərməlidi. Sözlərini mətbuatda deyil, meydanda söyləməlidir.

Son redaktə Şənbə, 26 Avqust 2017