wrapper

AFFA prezidenti Rövnəq Abdullayev DÇ-2018-in seçmə mrəhələsi çərçivəsində baş tutan Azərbaycan - San Marino (5:1) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Qələbə münasibət ilə sizi təbrik edirik. Oyun barədə fikirlərini necədir?

- Normal, yaxşı futbol oynadıq. Oyuna yaxşı hazırlaşmışdıq. Norveçlə oyundan sonra belə qələbə yerinə düşdü, azarkeşlərimiz sevindi. 

- Millimizin 5 qol vurması sizin üçün gözlənilməz olmadı?

- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya ən azı 3 qol vurmalıyıq. Bildiyimə görə, heç vaxt 5 qollu qələbə qazanmamışdıq, həmçinin də qruplarda 10 xal qazanmamışdıq. Düzdü, qrupdan çıxmaq üçün şansımız qalmayıb. Amma autsayder olmamaq da yaxşı göstəricidir. 

- Stadionun ot örtüyü bərbad vəziyyətdə idi. Bu fikirlə razısınız?

- Bərbad deyil. İstidə nəinki ot, insan da yanır. Düşünürəm ki. stadion normal vəziyyətdədi. Hava sərinləyən kimi, ot örtüyünün də vəziyyəti düzələcək. 

- Qrup mərhələsəi başa çatmaq üzrədir. Millinin nəticələri ürəyinizcədir?

- Hamı istəyir ki, irəli gedək. "Qarabağ" ÇL-nın qrup mərhələsinə vəsiqə qazandı və bu, bizim üçün böyük uğurdur. İstəyirik ki, milli komandamız və klublarımız yüksək nailiyyət göstərsinlər. Biz də bunun üçün əlimizdən gələni əsirgəmirik.

- Yığmamız qrupda 10 xal qazanmaqla yeni rekord müəyyənləşdirdi. Bu, növbəti seçmə mərhələ üçün məsuliyyəti artırmır?

- Rekordları kənarda qoymalıyıq. Bunlar futbolda baş verən hadisələrdi. İlk dəfə bu qədər xal toplamışıq və bunun davamını gətirmək üçün çalışmalıyıq. Gəlin, millini çox tərifləməyək. Çünki uşaqlar orbitdən çıxandan sonra özlərini ələ ala bilmirlər. Qarşıdakı oyunları gözləməliyik və qələbələrə ümid etməliyik. Norveçlə oyunda qələbə qazanacağımıza inanırdıq, amma alınmadı. Seçə mərhələnin sonunu gözləyək və sonra oyunlarımızı analiz edəcəyik. İndi iyirmi-iyirmi deyəcəm, məni lağa qoyacaqsınız (gülür). 2020-ci ilin Avropa çempionatının qrup mərhələsinin bir neçə oyunu Bakıda keçiriləcək. Biz komandamızı gücləndirmək üçün çox çalışırıq və əsas hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında uğur qazanmaqdır. Perspektivli futbolçularımız var və ümid edirik ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. 

Son redaktə Bazar ertəsi, 04 Sentyabr 2017