wrapper

Dünən AÇ-2019-un seçmə oyunu çərçivəsində 21 yaşlılardan ibarət millimiz “Dalğa Arena”da İrlandiyalı həmyaşıdları ilə qarşılaşıb. Matç qonaqlaırn 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadan sonra oyunu qırmızı vərəqə alaraq yarımçıq tərk edən yığmamızın üzvü Elnur Cəfərov futbol11.az saytına müshaibə verib.

- Oyunla bağlı nə deyə bilərsən?

- Matça çox yaxşı hazırlaşmışdıq. İsrail məğlubiyyətini də unutmuşduq. Hamımız qalib gəlmək istəyirdik. İsraillə matçda olduğu kimi bu dəfə də səhvlərimizdən qol buraxdıq.

- İlk matç səfərdə İsrailə qarşı yox, Bakıda İrlandiya ilə olsaydı, fərqli nəticə olardı?

- 1-ci qarşılaşmalar həmişə çətin ollur. Komandada həyəcan var idi.

- İrlandiyanın belə  güclü olduğunu gözləyirdiniz?

- Səhvlərimizdən istifadə etdilər. Qələbə qazanmaq istəyirdik. Minumum vəzifəmiz heç-heçə idi.

- Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?

- Hesab 3:1 idi və top da rəqibdəydi. Hakim bağışlaya da bilərdi. Amma avropalı referilərdi də. Komandamızı çətin vəziyyətdə qoyduğum üçün pis oldum.

- Bu heyətlə milli seçmə mərhələdə nə edəcək?

- Bizim ən böyük üstünlüyümüz vuruşmağımızdı. Fərqi yoxdu, rəqib kimdi. Hər matçda xarakter göstərsək, nəticə əldə etmək olar.

 Elmar Abdulla-zadə

Son redaktə Çərşənbə, 06 Sentyabr 2017