wrapper

"Bizi sabah seçmə mərhələnin sonuncu ev oyunu gözləyir. Rəqibimiz güclü komandadı". Futbol11.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.

Matçdan öncə keçirilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı bunları deyib: “Çexiya yığmasını analiz etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardı, topla davranışları çox yaxşıdı. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev görüşümüzü yaxşı

- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması üçün şərait yaradacaqsız?

- Artıq 3 ildi Azərbaycandayam. Mən gələndən Rəşad millinin kapitanıdı. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib. Millinin əsas üzvlərindən biri olub. Əgər sabah penalti olsa, şəxsən mən imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə necə olacaq?

- Bu oyuna köklənmə ilə bağlı problem yoxdu ki?

- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdu.

- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu görürsüz?

- Futbolçu həyatı elədi ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi hər şeyin sonu var. Əsas odu, nə vaxt getməli olduğunu biləsən. Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridi. O ki qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm. Çünki sabahkı matça köklənmişəm.

- Sabahkı oyunda hansı heyətə güvənəcəksiz?

- İki zədəli futbolçumuz var. Əfsuslar olsun ki, sonuncu məşqdə Maksim Medvedev zədələndi. O, sabahkı və Almaniya ilə matçı buraxacaq. Digəri isə Araz Abdullayevdi, çünki klubundan zədəli gəlib. Heyətə gəlincə, qapıda Kamran Ağayev dayanacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov və Pavel Paşayev yer alacaq. Yarımmüdafiədə Rahid Əmirquliyev, Cavid Hüseynov və Riçard Almeyda, ön xətdə isə Əfran İsmayılov, Ruslan Qurbanov və Dmitri Nazarov çıxış edəcək.

Son redaktə Çərşənbə, 04 Oktyabr 2017