wrapper

Ölkə futbolu

"Qarabağ"la oyunun ən yaxşısı - VİDEO

Filip Ozobiç “Qarabağ”la matçda “Qəbələ”nin heyətində ən yaxşı oyunçu seçilib. Futbol11.az xəbər verir ki, bu nəticə azarkeşlər arasında keçirilmiş sorğudan sonra ortaya çıxıb.

Ətraflı

"Neftçi"nin futbolçusu soyuldu!

Fevralın 20-si gecə saatlarında Masazır qəsəbəsində "Neftçi" və Azərbaycan millisinin futbolçusu Rəhman Hacıyevin yaşadığı binanın qarşısındaca avtomobilindən oğurluq edilib.

Ətraflı

"Gəlin, yenidən o haqda danışmayaq" - "Neftçi"nin müdafiəçisi

Futbol11.az "Neftçi"nin müdafiəçisi Kirilo Petrovun müsahibəsini təqdim edir. - "Neftçi”də artıq 5 rəsmi oyun keçirmisiz. Təəssüratınız necədir? - Prinsipcə, nəticələrimiz qənaətbəxş oldu. Daha çox xal toplaya bilərdik, amma müəyyən səbəblərə görə bunu eləyə bilmədik. - Hansı səbəblərə görə? - Gəlin, yenidən o haqda danışmayaq. Hakimliyi müzakirə etmək istəmirəm, bunun mənası yoxdur. Növbəti oyuna hazırlaşmaq lazımdır. - Baş tutmuş oyunlardan hansını xüsusi qeyd edərdiz? - Qalib gəldiyimiz oyunlar daha yaxşı yadda qalıb. Biz "İnter”ə və "Sumqayıt”a qarşı yaxşı oynadıq. "Sumqayıt”la görüş daha ağır oldu, çünki qarlı meydançada mübarizə aparmaq məcburiyyətində qaldıq. Bununla belə, qələbə qazanmağı bacardıq. - Komanda məşqçilərin tələb etdiyi oyunu göstərə bilirmi? - Xeyr, "Neftçi” hələ ki pik həddinə çatmayıb. Amma biz inkişaf edirik və fikrimcə, bu hiss olunur. Məsələn, son iki oyunda qol buraxmamışıq. Belə deyirlər, əgər arxada "sıfır”dırsa, irəlidə həmişə nəysə fikirləşmək olar. - Ümumilikdə komanda son 5 oyunda cəmi 3 qol buraxıb. Hətta çoxlarında belə təəssürat yaranır ki, siz müdafiənin mərkəzindəki komanda yoldaşınız Pavel Dreksa ilə əvvəllər birlikdə oynamısız, sadəcə bunu ustalıqla gizlədirsiz. - Belə şey olmayıb (gülür). Sadəcə, müəyyən məktəb varsa, uyğunlaşma prosesi çox vaxt aparmır. Həqiqətən də Pavellə bir-birimizi yaxşı başa düşürük, futbol dili hər bir halda eynidir. Bununla belə, komanda qol buraxmırsa, bu, təkcə bizim yox, bütün futbolçuların əməyidir. - Siz Ukrayna yığma komandasının heyətində gənclər arasında Avropa çempionu olmusuz. Milliyə də dəvət almağa ümid edirsiz? - Təbii ki, Ukrayna milli komandasında oynamağı çox istəyirəm. Məncə, əgər "Neftçi” qələbələr qazanıb, avrokubokların qrup mərhələsinə vəsiqə əldə etsə, məşqçilərin diqqətini cəlb edə bilərəm. - Azarkeşlərə uyğunlaşmağa macal tapmısız? - Bəli, "Neftçi” azarkeşlərini çox bəyənirəm. Onlar öz komandalarını çox sevirlər. Buna təkcə oyunlarda yox, fan-qruplardan birinin ad gününü qeyd edən zaman da əmin oldum. Belə fanatlar yalnız ən yaxşı nəticələrə layiqdirlər.  

Ətraflı

Çempionluq yolu: "Qəbələ"nin işi daha çətindi

Topaz Premyer Liqasında çempionluq mübarizəsi aparan "Qəbələ" ilə "Qarabağ"ı qarşıdakı 9 tur ərzində çətin oyunlar gözləyir. Futbol11.az xəbər verir ki, çempion olmaq istəyən komanda bu yolda qələbələrin sayını maksimuma çatdırmalıdır. 

Ətraflı

Zaur Tağızadə 38 yaşında! - VİDEO

Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür. “Qızıl oğlan”ın 38 yaşı tamam olur.

Ətraflı

Kvaratsxeliya təsdiqlədi: "Sabah gəlirəm"

Azərbaycan millisinin sabiq üzvü Badri Kvaratsxeliya "Şəmkir"lə danışıqlar apardığını təsdiqləyib. 

Ətraflı

Badri Kvaratsxeliya yenidən Azərbaycanda!

Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Şəmkir" klubunun yeni baş məşqçisinin adı müəyyənləşmək üzrədir. Futbol11.az saytına daxil olan məlumata görə, qərb təmsilçisi Azərbaycan millisinin sabiq üzvü Badri Kvaratsxeliyaya tapşırılacaq. 

Ətraflı

"Turan Tovuz"un futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbol11.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Ətraflı

Anar Nəzirovun cəzası bəlli oldu

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Futbol11.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XIX turu çərçivəsində baş tutan "İnter" - "Zirə" matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub. 

Ətraflı

"Qəbələ"yə 6400, "Qarabağ"a 2400 manatlıq cərimə

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbol11.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIX turu çərçivəsində keçirilmiş “Qəbələ” – "Qarabağ" matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub. 

Ətraflı

Samir Abasov cəzalandırıldı

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbol11.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIX turu çərçivəsində keçirilmiş “Sumqayıt” – AZAL matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub. 

Ətraflı

Məmmədov məşqlərə başlayır

"Qəbələ"nin futbolçusu Asif Məmmədov məşqlərə başlamaq üzrədir. 

Ətraflı

"Qarabağ" - "İnter" oyununun vaxtı açıqlandı

Topaz Premyer Liqasında XX turun oyun cədvəli açıqlanıb. Futbol11.az xəbər verir ki, gələn həftə baş tutacaq tur iki gün davam edəcək.

Ətraflı

"Kəpəz"in adına yaraşmayan yerdəyik" - Nicat Qurbanov

“Gözlənildiyi kimi oyun gərgin keçdi. Açığı, meydana 3 xal üçün çıxmışdıq. Uğursuz oyunlara son qoymaq istəyirdik”. Futbol11.az xəbər verir ki, bu sözlər “Kəpəz”in üzvü Nicat Qurbanova məxsusdur.

Ətraflı

"Qəbələ"nin futbolçusu Türkiyəyə gedir

"Qəbələ"nin zədəli futbolçusu Elvin Camalov Türkiyəyə gedəcək. 

Ətraflı

"Qarabağ"la oyun vacib olsa da, həlledici deyildi" - "Qəbələ"nin futbolçusu

“Qarşılaşma azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə keçdi. Stadiona toplaşan tamaşaçıların da gözəl və keyfiyyətli futbol izlədiyini düşünürəm. Hər iki komanda üçün çətin, ağır oyun oldu. Sevinirəm ki, belə bir matçda çox vacib qələbə qazandıq".

Ətraflı

Azərbaycan çempionatında yeni komanda!

Gələn mövsümdən Azərbaycan çempionatının I Divizionunda yeni komanda mübarizə aparacaq. Futbol11.az xəbər verir ki, söhbət "Binə" komandasından gedir. 

Ətraflı

Ramin Musayev: "Fariz Yusifovun təyinatı 3 tur əvvəldən məlum idi"

Referi Fariz Yusifovun Topaz Premyer Liqasının XIX turunda baş tutan "Qəbələ" - "Qarabağ" oyununu idarə edəcəyi 3 tur öncədən bəlli imiş. 

Ətraflı

Kimdi bu il çempion?

Peşəkar Futbol Liqasının rəsmi saytı maraqlı sorğu ilə çıxış edib.

Ətraflı

Azərbaycanlı futbolçu rəsmən "Anji"də

Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerasının "Anji"də davam etdirəcək.

Ətraflı

Hər şey bir hakimin səhvi ilə başldı: "9 aprel savaşı"na doğru...

Hər şey bir hakimin səhvindən sonra başladı. Nə qədər qəribə olsa da, bu səhvinə görə, Rəhim Həsənova təşəkkür borcluyuq. Bu da çempionluq mübarizəsi aparanların Suraxanıda baş tutan oyununda edilən səhvin nəticəsi: PARTLAYIŞ!

Ətraflı