wrapper

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb.

Futbol11.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Özbəkistanın "Nasaf" klubu olub.

Sözügedən qarşılaşma Azərbaycan klubunun minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz bərabərə qalmışdı.

 

Yoxlama görüşü

11 yanvar

18:00. “Neftçi” – “Nasaf” (Özbəkistan) - 0:1

“Neftçi”: 33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 29.Georgi Navalovski, 6.Pavel Dreksa, 3.Jairo Rodriges, 87.Kirilo Petrov, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 10.Cavid İmamverdiyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç

İkinci hissədə meydana çıxanlar: İqnasio Herrera, Fəhmin Muradbəyli, Tərzin Cahangirov, Edson Kastilyo, Maksim Vaylo

Əvəz olunan oyunçular: Zdenek Folprext, Jairo Rodriges, Cavid İmamverdiyev, Damir Vidoviç, Boban Baykoviç

Son redaktə Çərşənbə, 11 Yanvar 2017