wrapper

Son vaxtlar “Qarabağ”ın braziliyalı oyunçusu Pedro Enrikenin komandadan ayrılacağı deyilir. Yunanıstan PAOK-una məxsus olan və icarə əsasında Ağdam klubunda çıxış edən hücumçunun mövsüm sonuna kimi təmsilçimizlə müqaviləsi olsa da, bir neçə gün əvvəl Yunanıstan mediasında onun qışda qaytarılacağı yazılır.

Futbol11.az Saloniki təmsilçisinə yaxın olan şəxsdən əldə etdiyi məlumata görə “ağ-qaralar” bu haqda hələ ki, tam qərar verməyib. Klub daxilində Pedronun qışda qaytarılması ilə bağlı müzakirələr aparılıb. Amma müəyyənləşdirməli olduqları bəzi məsələlər var. İlk olaraq yanvarda hansı futbolçuların komandanı tərk edəcəyidi. Hazırda isə PAOK-da Pedronun mövqeyində bir neçə oyunçu var. Əgər yanvarda o mövqedən komandanı kimsə tərk etsə, o halda bu keçid mümkün ola bilər.

Qeyd edək ki, braziliyalı vinger komandaya sentyabrda qoşulub.

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017