wrapper

Çempionlar Liqasın ın qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Çelsi” ölkəmizdə seçimini edib. Futbol11.az xəbər verir ki, dünya şöhrətli komanda Bakıda qalacağı oteli müəyyənləşdirib.

Belə ki, ulduzlar toplusu “Hilton”da məskunlaşmağı üstün tutub. Maraq üçün bildirək ki, "Roma" və "Atletiko" "Abşeron"da məskunlaşmışdı.

Qeyd edək ki, “Qarabağ”  - “Çelsi” oyunu 22 noyabr tarixdə Bakı Olimpiya Stadionunda reallaşacaq.

Son redaktə Bazar ertəsi, 13 Noyabr 2017