wrapper

Süni örtüklü meydançalar Azərbaycan futbolunun yaralı yeridir. Süni örtük deyəndə  ilk ağıla gələn zədələr, uşaq futbolunun məhv edilməsi və digər neqativ olaylardır.

Amma son vaxtlar gec də olsa analoji halın aradan qaldırılması üçün işlər həyata keçirilir. "Dalğa Arena" stadionlarının təbi örtüklə əvəzlənməsi buna əyani sübutdur.

Bizdə olan məlumata görə, daha bir arenanın qazonu təbi örtüklə əvəzlənəcək. Söhbət Azərbaycan futbolu üçün önəmli şəhərlərdən sayılan Sumqayıtdakı “Kapital Bank Arena”nın qazonundan gedir. 

İşlər yolunda gedərsə, çox keçmədən işin icrasına başlanacaq.

Son redaktə Bazar ertəsi, 13 Noyabr 2017