wrapper

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Futbol11.az xəbər verir ki, yığmamız doğma meydanda Kosovo ilə qarşılaşıb.

Keçirdiyi bütün qarşılaşmalarda uduzan komandamız “Dalğa Arena”dakı görüşə ilk xal arzusu ilə çıxıb. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Komandamız matçın sonlarında iki futbolçusunun qovulmasına baxmayaraq, ilk xalını qazanıb.

 

18:00. Azərbaycan - Kosovo - 0:0

Baş hakim: Roomer Tarayev

Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid

Dördüncü hakim: Eiko Saar (hamısı Estoniya)

Bakı. “Dalğa Arena” stadionu

Azərbaycan: 12. Mustafa Kamal Özhitay, 2. Sertan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov, 10. Elnur Cəfərov, 16. İlyas Səfərzadə, 18. İlkin Muradov

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 13 Murad Qayalı, 14. Yusif Nəbiyev, 17. Əlibəy Məmmədli, 19. İlkin Sadıqov, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Ələkbərov 

Kosovo: 1. Visar Bekay, 4. Besfort Kolgeçi, 5. Ardian İsmayili (k), 6. Dren Feka, 8. Florent Hasani, 10. Ron Broya, 11. Enis Bitiqi, 15. Muharrem Yaşari, 19. Mirlind Daku, 20. Kamer Krasniqi, 22. Florian Loş

Ehtiyat oyunçular: 12. Belim Halimi, 7. Meriton Korenitsa, 8. Lirim Kastrati, 13. Drilon Teyeçi, 14. İdris Voka, 16. Kuştrim Şabani, 17. İlber Maloku

Baş məşqçi: Rafet Prekazi

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017