wrapper

İsveç səddinə ilişərək 60 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyən bilməyib. Futbol11.az xəbər verir ki, bu faciədən sonra “Skuadra Adzurra”nın bir neçə oyunçusu yığma ilə vidalaşıb.

Belə ki, Canluici Buffon, Daniele De Rossi, Corci Kyellini və Andrea Barzaqli yığma karyerasını başa vurduğunu açıqlayıb. Bundan başqa, İtaliyada bu dəqiqə ən arzuolunmaz şəxs olan baş məşqçi Canluka Ventura da tutduğu postdan gedib. 

Qeyd edək ki, İtaliya indiyə kimi baş tutan 20 mundialdan 18-nin iştirakçısı olub. Apenninlilər yalnız 1930 və 1958-ci illərdə keçirilən  DÇ-də iştirak edə bilməmişdi. 

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017