wrapper

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Bəstəboy hücumçu çox təəssüf ki, bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib.

Futbol11.az xəbər verir ki, noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı qoçusu indi də onun çıxışından narazı olan  azarkeşi təhqir edərək, söhbətə çağırıb. Ümumiyyətlə, “İnstagram” hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən Cəfərovdan bundan artığını gözləmirdik də... Mövsümün əvvəlində oyunsonrası brifinqlərin birində peşəkarlıqdan dəm vuran Cəfərov yaxşısı budu fikrini başqa şeylərə yönəltsin. Elnur, təsbehini qoy qabağına fikirləş. Bunun üçün kifayət qədər səbəbin də var: “Tondella”dan tutmuş “Duqopolye”yə qədər.

SECTOR 11 adlı şəxsin şəkli. 

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017