wrapper

“Sumqayıt”ın yarımmüdafiəçisi Cavid Tağıyev sabiq klubu “Qarabağ”a qarşı Topaz Premyer Liqasının 12-ci turunun matçında iştirak edə bilməyəcək. Buna səbəb futbolçunun zədədən əziyyət çəkməsidir. Məsələ ilə bağlı Futbol11.az saytına danışan Tağıyev “Qarabağ”a qarşı matçda meydançaya çıxmayacağının dəqiq olduğunu söyləyib:

“Zədəm sağalmaq üzrədir. Amma “Qarabağ”a qarşı matçda meydançaya çıxmayacağım dəqiqdir. Növbəti oyuna qədər hazır olacağam”. 

Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Tağıyev “Sumqayıt”a “Zirə”dən transfer olunub.