wrapper

Xəbər verdiyimiz kimi, bu həftə Topaz Premyer Liqasında 12-ci turun oyunları keçiriləcək. 3 günü əhatə edəcək turun ən çox oyunu şənbə günü reallaşacaq.

Maraqlı məqam ondan ibarətdir ki, oyunlar ənənəvi qaydada olduğu kimi deyil, daha tez başlanacaq. Belə ki, “Keşlə” – “Zirə” matçı 13:00, “Kəpəz” – “Səbail” oyunu isə 15:00-da start götürəcək. Peşəkar Futbol Liqasının şənbə oyunlarını belə erkən vaxta salmasının səbəbi stadionla bağlıdır. Həm Gəncə şəhər stadionunda, həm də “İnter Arena”da süni işıqlandırma ilə bağlı problem olduğuna görə, Peşəkar Futbol Liqası oyunların erkən vaxtda başlamasını qəbul edib.

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017