wrapper

Qışda “Neftçi”də islahatların aparılacağı dəqiqdir. Belə ki, baş məşqçi Tərlan Əhmədov keçmişdən qalan bir sıra futbolçularla yolların ayrılmasını istəyir. Onların siyahısına əcnəbilər başçılıq etsə də, yerlilər də yox deyil.

Bizdə olan məlumata görə, “Neftçi” yetirməsi sayılan Fəhmin Muradbəylini daha çox oynaya biləcəyi kluba göndərəcək. Bizdə olan məlumata görə, Muradbəyli Samir Əliyevin rəhbərlik etdiyi “Səbail”ə yollanacaq. Bu isə səbəbsiz deyil. Məsələ burasındadır ki, Əliyev vaxtilə birgə çalışdığı oyunçunun bacarığına bələddir. 

Son redaktə Çərşənbə axşamı, 14 Noyabr 2017