wrapper

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi “Mlada”da çıxış edən millimizin qapıçısı Kamran Ağayevi cəzalandırıb.

Futbol11.az xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Ağayev cəzaya görə 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulmuşdu.