wrapper

Xəbər verdiyimiz kimi, Türkiyənin "Gənclərbirliyi" klubu "Qarabağ"ın futbolçusu Reynaldonun heyətinə qatmaq istəyirdi.

Futbol11.az-ın məlumatına görə, bu transfer baş tutmayacaq.

Əldə etdiyimiz məlumata görə, Super Liqa təmsilçisi braziliyalını heyətinə qatmaqdan imtina edib. Buna isə Ankara klubunun Norveçin "Stabek" klubundan Aqon Mehmeti transfer etməsi səbəb olub.

Beləliklə, Reynaldonu satmaqda maraqlı olan ağdamlılar "sambaçı"ya gələn digər təklifləri gözdən keçirməli olacaq.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017