wrapper

Con Terri yaxın günlərdə "Çelsi" ni tərk edə bilər. 

Futbol11.az xəbər verir ki, təcrübəli kapitana İngiltərə Premyer Liqasında mübarizə aparan "Bornmut" klubundan təklif var. "Sky Sport"un yaydığı xəbərə görə, "Bornmut" 36 yaşlı müdafiəçini "Çelsi"dən icarəyə götürmək niyyətindədir. Klubun "zadəganlar"a yaxın günlərdə təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan Terri 1998-ci ildən "Çelsi"də çıxış edir. Onun London klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Futbol11.az  

Son redaktə Çərşənbə, 11 Yanvar 2017