wrapper

"Neftçi" ilə yeni müqavilə imzalamağa razılıq verən, daha sonra klubdan ayrılan Jonas Enrike Pesallinin yeni iş yerinin adına aydınlıq gəlib. 

Futbol11.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. 26 yaşlı yarımmüdafiəçi A Seriyasında mübarizə aparan "Parana" klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Ancaq futbolçunun müqaviləsinin şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, Pesalli "Neftçi"nin heyətində çıxdığı 7 oyunda 4 qol vurmuşdu.

Futbol11.az  

Son redaktə Çərşənbə, 11 Yanvar 2017