wrapper

Madridin "Real" klubunun və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra məşqçi kimi çalışamayacaq.

Futbol11.az xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən 2016-cı ilin ən yaxşı futbolçusu məşqçi kimi çalışmağın çətin olduğunu deyib: "Məşqçi kimi çalışmaq niyyətim yoxdur. Çünki bu işin öhdəsindən gəlmək çox çətindir. Ancaq bunu əminliklə deməyə də çətinlik çəkirəm. Ona görə ki, gələcəkdə nə baş verəcəyini öncədən bilmək olmur".

Ronaldo FİFA tərəfindən ilin futbolçusu seçilməsinə də münasibət bildirib: "Təbii ki, sevincliyəm. Adımı futbol tarixinə yazdıran şəxlərdən biriyəm. Futbola başlayanda da hədəfim bu idi. Sadə futbolçu olmaq yox, adımın daim ulduzlarla hallanması mənim ən böyük hədəflərimdən biri idi. Bunu bacardım və aldığı mükafatlar da buna sübutdur".

Qeyd edək ki, 31 yaşlı hücumçu 2016-cı ildə bir neçə uğrular qazanıb. O, Portuqaliya millisi ilə Avropa çempionu, "Real"la birgə isə Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının və İspaniya Kubokunun qlaibi adını qazanıb.

Futbol11.az  

Son redaktə Çərşənbə, 11 Yanvar 2017