wrapper

“Qəbələ”nin futbolçusu Filip Ozobiçin Xorvatiya millisinə çağrıldığını xəbər vermişdik. 

Futbol11.az xəbər verir ki, "qırmızı-qaralar"ın üzvü artıq əsas yığmada debüt edib.

O, “China Cup 2017” turniri çərçivəsində Çili ilə oyunda start heyətdə meydana çıxıb. Yarımmüdafiəçi qarşılaşmanın 56-cı dəqiqəsində Fran Tudorla əvəzlənib. Bundan 3 dəqiqə əvvəl isə Ozobiç kobudluğa görə sarı vərəqə alıb.

Qeyd edək ki, hazırda davam edən oyunda Çili 1:0 hesabı ilə qalib gəlir.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017