wrapper

Bir neçə gün öncə xəbər verdiyimiz kimi, “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynov oldu. Son olaraq “Xəzər Lənkəran”da  çalışmış mütəxəssis müəyyən fasilədən sonra yenidən Premyer Liqaya qayıdır.

Bizdə olan məlumata görə, Diniyevin istefasından sonra posta  tək namizəd Yunis Hüseynov olmayıb.  Ən real namizədlərdən biri isə Azərbaycan futbolunun ən titullu nümayəndəsi Mahmud Qurbanov imiş. Son olaraq milli komandamızda Robert Prosineçkinin köməkçisi kimi çalışmış, Qurban Qurbanovun gəlişindən sonra hələ ki  taleyi müəyyənləşməyən Qurbanov “Kəpəz”i çalışdırmağa namizədlər sırasında  imiş. Lakin son anda şəhər rəhbərliyi ilə münasibətləri üst səviyyədə olan Hüseynova üstünlük verilib.

Qeyd edək ki, Mahmud Qurbanovun bundan sonra U-21 millisində çalışacağı gözlənilir. 

Son redaktə Bazar ertəsi, 20 Noyabr 2017