wrapper

“Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynovun ilk istəyi müəyyənləşib. Qış fasiləsinə qədər komandanı tanımaq məqsədi güdən çalışdırıcı  bundan sonra heyətdə islahatlar aparılmasına start verəcək. 

Təcrübəli çalışdırıcının ilk istəyi infrastrukturla bağlıdır. Yunis Hüseynov Gəncə şəhərində yerləşən bazanın normal vəziyyətə gətirilməsində maraqlıdır. Yunis Hüseynov komandanı Gəncəyə köçürmək və məşq bazası kimi məhz doğma arenadan yararlanmaq niyyətindədir.

Qeyd edək ki, buna qədər “Kəpəz” adətən Bakıda məskunlaşır sadəcə oyunlar vaxtı Nizami yurduna gedirdi. Bu isə səbəbsiz deyildi. Məsələ burasındadır ki, komandanın normal məşq etmək və qidalanmaq üçün şəraiti yox idi.

Son redaktə Bazar ertəsi, 20 Noyabr 2017