wrapper

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib. 

Futbol11.az xəbər verir ki, çempionatın lideri “Araz” əsas rəqiblərindən olan EKOL-la qarşılaşıb. Üç qolun qeydə alındığı görüşdə ölkə çempionu növbəti qələbəsini qazanaraq, zirvədəki mövqeyini bir qədər də möhkəmləndirib - 2:1.

Turun ikinci oyununda “Neftçi” “Yasamal” ilə üz-üzə gəlib. 8 qolluq qarşılaşmada qələbəni “Neftçi” bayram edib - 6:2.

Turun son oyunu çempionata gəlişi ilə rəng qatan debütantlar arasında keçirilib. “Marafon Futsal” “FK İD Futsal” ilə dueldən qalib ayrılmağı bacarıb - 6:1.

Futzal, Azərbaycan çempionatı

8-ci tur

20 noyabr

“Araz” - EKOL - 2:1

Qollar: M.DSilva, 19. E.Borges, 26 - F.Atakişiyev, 37.

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.

“Yasamal” - “Neftçi” İK - 2:6

Qollar: M.Cahandost, 12; 13 (10 metrlik) - R.Balakişiyev, 3; 16; 31; 36. D.Xolerdi, 39. T.İsmayılov, 40.

Qırmızı vərəqə: M. Şahsavari, 34.

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.

“Marafon Futsal” – “FK İD Futsal” - 6:1

Qollar: S.Məmmədov, 15; 23; 33; 18. R. Soltanov, 18; 26 - E.İbrahimxəlilov, 17.

Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.

 

 

 

Araz – 19, Marafon Futsal – 15, Neftçi İK – 13, EKOL – 12, FK İD Futsal – 7, Yasamal – 3, Xəmsə - 1.