wrapper

"Sumqayıt” bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

Futbol11.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Sumqayıt”  hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi sabah Antalyada iki məşqə çıxacaq.

Son redaktə Çərşənbə, 11 Yanvar 2017