wrapper

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Futbol11.az xəbər verir ki, hazırlığın yeddinci günündə komanda bir məşqlə kifayətlənib. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər.

İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

Qeyd edək ki, Ağdam təmsilçisinin sabah üçün iki məşqi nəzərdə tutulub.

Futbol11.az 

Son redaktə Çərşənbə, 11 Yanvar 2017