wrapper

"Qarabağ"ın Çempionlar Liqasında 1/8 finala yüksəlməyəcəyi V turda dəqiqləşib.

Futbol11.az xəbər verir ki Ötən gün “Çelsi” ilə ev oyununda 0:4 hesabı ilə uduzan “Qarabağ” növbəti mərhələyə vəsiqə verən ilk iki yeri tutmaq şansını itirib. Bu şansın qalması üçün Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməli idi. Bu çətin vəzifənin öhdəsindən gələ bilməyən komandamız üçün sonuncu turun “Roma” ilə görüşündə Çempionlar Liqası baxımından əhəmiyyət kəsb etməyəcək.

Çünki hesabında 2 xalı olan “Qarabağ” bu günku qələbə ilə 1/8 finala vəsiqəni təmin edən “Çelsi” (10 xal), həmçinin “Roma”ya (8 xal) çatmaq üçün nəzəri şansını da itirib. Lakin Ağdam klubu 3-cü yeri tutmaq və bununla Avropa Liqasına yollanmaq şansını saxlayırdı.

Lakin “Atletiko” bugünkü görüşdə evdə “Roma”nı məğlub edib və "Qarabağ"ın üçüncülük şansı da bitib. Beləliklə, təmsilçimiz qrupu sonuncu pillədə başa vurub.

Son redaktə Cümə axşamı, 23 Noyabr 2017