wrapper

Çempionlar liqasının növbəti turu çərçivəsində baş verən "Qarabağ" - "Çelsi" oyunu 0-4 hesabı ilə başa çatıb

Futbol11.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın futbolçusu Mahir Mədətov jurnalistlərə müsahibə verib:

- Oyunla bağlı fikirləriniz? Nə gözləyirdiniz, nə baş verdi? 

- Belə başlanğıc gözləmirdik. Yaxşı başlamışdıq. Amma olmadı..

- Penalti ilə bağlı nə fikirləşirsiz? Rəşad özü paltardəyişmə otağında nə dedi? 

- Penaltı ola bilər, amma bu, qırmızı vərəqə deyildi.

- İkinci hissədə sistem niyə pozuldu? Sanki birinci hissədən fərqli olaraq ikincidə rəqib daha rahat hücumlar qururdu. 

- "Çelsi" kimi komanda ilə oynamaq asan deyil. Ola bilər ki, müəyyən vaxtdan sonra biraz yorğunluq oldu. 

- Qurban Qurbanov penalti zamanı hamınızı yanına çağırdı. Nə dedi sizə? 

- Diqqətli olmağa çağırdı. Motivasiya etdi. 

- Oyundan sonra "Çelsi"nin paltardəyişmə otağına girdiniz. Formaları dəyişirdiniz?

- Yox, mən formalarımı heçkimə vermirəm. Qapıçımız Anton Kanibolotski də orada idi. Sadəcə, salamlaşma idi. Formalarımı anam yığır.

Son redaktə Cümə axşamı, 23 Noyabr 2017