wrapper

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Çelsi” oyununda (0:4) rekord qeydə alınıb.

Futbol11.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilmiş matçı 67100 tamaşaçı izləyib ki, bu da, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş qarşılaşmalar arasında ən yüksək göstəricidi.

Bakıdakı oyundan sonra ən çox tamaşaçı Dortmundda qeydə alınıb. “Borussiya”nın “Tottenhem”ə uduzduğu (1:2) matçı 65849 azarkeş izləyib.

ÇL-in bu həftəsində ən az azarkeş isə Monakoda qeydə alınıb. “II Lui” stadionunda keçirilmiş “Monako” - “Leyptsiq” matçında (1:4) cəmi (9029) tamaşaçı qeydə alınıb.

Qrup mərhələsinin rekordu isə "Tottenhem" - "Real" matçında (3:0) qeydə alınıb. "Uembli"də keçirilən görüşü 83 min 782 azarkeş izləyib.