wrapper

Ukraynalı məşqçi Yuri Maksimov Azərbaycana səfərə gəlib.

Futbol11.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun ölkəmizə səfəri Azərbaycan klublarının birindən aldığı təkliflə bağlıdı. Lakin 48 yaşlı mütəxəssisin hansı klubumuzla danışıq apardığı açıqlanmır.

Qeyd edək ki, hazırda işsiz olan Maksimov son olaraq 2016/17 mövsümündə Qazaxıstanın “Taraz” klubunu çalışdırıb. Ukraynalı mütəxəssis daha öncə ölkəsində ÇSKA (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” klublarında da çalışıb.

Maksimov ölkəmizdə çalışası olsa, futbolumuzdakı ukraynalı baş məşqçilərin sayı ikiyə çatacaq. Belə ki, hazırda “Qəbələ”ni də onun həmyerlisi Roman Qriqorçuk çalışdırır.