wrapper

“Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkən Tərzin Cahangirovla bağlı iddialar meydana gəlib.

Futbol11.az saytının məlumatına görə, dayaq yarımmüdafiəçisi qış fasiləsində klubunu dəyişəcək. Hətta onun Ramiz Məmmədovun başçılıq etdiyi “Keşlə” klubu ilə bütün məsələlərdə razılaşdığı bildirilir.

Qeyd edək ki, Cahangirov bundan öncə “Zirə”, “Sumqayıt”, “Qəbələ” kimi klublarda oynayıb.