wrapper

"Qarabağ"ın əsas fiqurlarından hesab edilən Dino Ndlovu Ağdam klubunun heyətində sərgilədiyi oyunla Avropa klublarının diqqət mərkəzindədir.

Futbol11.az xəbər verir ki, cənubi afrikalı forvardın xidmətində maraqlı olan klublardan birinin adı müəyyənləşib. Bu, Rumıniyanın ÇFR klubudur. 27 yaşlı forvardın "Qarabağ"la müqaviləsi mövsümün sonunda yekunlaşacaq. Cənubi Afrika mətbuatında yer alan məlumata görə, Kluj təmsilçisi tezliklə hücumçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, ÇFR Rumıniya I Liqasında 18 turdan sonra 40 xalla liderdir.

2016-cı ildən "Qarabağ"da top qovan Ndlovu bu mövsüm 21 oyuna 8 qol vurub.