wrapper

Bu gün Topaz Premyer Liqasında XIII tura start veriləcək. Futbol11.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 

Çempionatın autsayderi "Kəpəz" "Qəbələ"ni qəbul edib. Qarşılaşmda Yunis Hüseynovun Gəncə klubunun baş məşqçisi postunda debütü ilə əlamətdar olub. Şahin Diniyevin istefasından sonra il qarşılaşmasına çıxan "sarı-göylər" yeni baş məşqçi ilə ilk xalını qazanmağa çalışsa da, buna nail ola bilməyib. Matç "qırmızı-qaralar"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.  

Günün ikinci matçı Bakıda rellaşıb. "Neftçi" öz meydanında "Keşlə"ni qəbul edib.. "Ağ-qaralar" ardıcıl 2 məğlubiyyətdən sonra durumunu yaxşılaşdırmaq üçün qalib gəlməli idi ki, buna nail olub. Tərlan Əmədovun komandası 3 xalı 3 qolla qazanıb. 

Topaz Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

14:30. “Kəpəz” – “Qəbələ” - 1:6

Qollar: Kərim Diniyev, 56 (pen.) - Baqali Dabo, 1, 54 Stiven Jozef Monroz, 14, Famussa Kone, 40, 77, Ruslan Qurbanov, 65
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu

“Kəpəz”: 1.Davud Kərimi, 4. Şəhriyar Əliyev (k), 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 5. Kərim Diniyev, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 16. Azər Məmmədov, 24. Məhəmməd Qurbanov, 9. İlkin Sadıqov

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 20. Samba Dialo, 7. Sergey Çernişev, 6. Ceyhun Cavadov, 19. Aydın Qasımov, 11. Kamran Abdullazadə, 26. Ba Mansur Aladji, 17. Əli Səmədov, 2. Yusif Cəfərov

Baş məşqçi: Yunis Hüseynov
 
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 28. Stiven Monroz, 34. Urfan Abbasov (k), 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun

Baş məşqçi: Roman Qriqorçuk


17:00. “Neftçi” – “Keşlə” - 3:1

Qol: Mirabdulla Abbasov, 34, İqnasio, 51, Ruslan Abışov, 90 // Adrian Skarlatake, 69
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 21. Məhəmməd Mirzəbəyov, 26. Ömər Buludov, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Herrera

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 7. Namiq Ələsgərov, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek, 9. Uqo Barqas, 20. Elnur Süleymanov

Baş məşqçi: Tərlan Əhmədov
 
“Keşlə”: 
1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 58. Sinan Akkoyun, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 99. Ricat Qarayev

Baş məşqçi: Ramiz Məmmədov

Son redaktə Şənbə, 25 Noyabr 2017