wrapper

"Kəpəz"in baş məşqçisi postunda Gəncədə debüt edəcəyim üçün həyacanlı deyiləm. Çünki mənim üçün doğma yerə, evimə gəlmişəm". Futbol11.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib. 

Gəncə təmsilçisi Topaz Premyer Liqasının XIII turunda öz meydanında "Qəbələ"ni qəbul edəcək. Qarşılaşmda Yunis Hüseynovun Gəncə klubunun baş məşqçisi postunda debütü ilə əlamətdar olacaq. 

Hüseynov debüt oyunu barədə danışıb və azarkeşlərə müraciət edib: "Son günlərdə verdiklərə dəstəyə görə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlara səslənib bugünkü oyunumuza dəvət edirəm. Stadiona gəlib komandaya azarkeşlik etmələrini istəyirik".

52 yaşlı mütəxəssis "Kəpəz"i yeni qəbul etdiyini, cəmi 4 məşq keçdiyini vurğulayıb: "Görürəm ki, əhval-ruhiyyə yaxşıdı. Amma itkilərimiz var. Cəza və zədə səbəbindən bəzi futbolçular bizə kömək edə bilməyəcəklər. Onların yoxluğu komandaya çətinlik yaradacaq. Futbolçuların əhval-ruhiyyəsindən hiss edirəm ki, komanda yaxşı nəticə qazanacaq. Bizim fikrimiz qalib gəlməkdi. Uşaqlar da vəziyyəti yaxşı başa düşürlər. Oyunçular mübarizə keyfiyyətlərini ortaya qoyub, yaxşı çıxış etməlidirlər".