wrapper

Bakının "İnter" klubu millimizin üzvü Ruslan Abışovun "Neftçi" keçidinə razılıq verib. 

Futbol11.az xəbər verir ki, təcrübəli futbolçu bu gün yetirməsi olduğu klubla münasibətlərini rəsmiləşdirəcək. Əldə etdiyimiz məlmata görə, Abışov paytaxt klubu ilə 1,5 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, bu, "Neftçi"nin sayca 8-ci transferi olacaq. Paytaxt klubu daha öncə  Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi rənnglərinə bağlamışdı. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017