wrapper

Millimizin və Bakının "İnter" klubunun üzvü Ruslan Abışov bu gün "Neftçi" ilə müqavilə imzalayacaq.

Bu barədə məlumatı Futbol11.az-a açıqlamasında "ağ-qaralar"ın icraçı direktoru Orxan Hüseynzadə verib. Klub rəsmisi Ruslan Abışovun axşam saatlarında "Neftçi"nin Antalya toplanışına qatılacağını bildirib. O qeyd edib ki, Ruslan 1,5 illik  müqaviləyə imza çəkəcək.

Qeyd edək ki, bu, "Neftçi"nin sayca 8-ci transferi olacaq. Paytaxt klubu daha öncə  Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi rənnglərinə bağlamışdı. 

Futbol11.az