wrapper

“Neftçi” transfer işlərini davam etdirir.

Futbol11.az xəbər verir ki, "ağ-qaralar" komandamızın üzvü Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlayıb. “Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.

Qeyd edək ki, bu, "Neftçi"nin sayca 8-ci transferi olub. Paytaxt klubu daha öncə  Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi rənglərinə bağlamışdı. 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017