wrapper

Braziliyalı futbolçu Reynaldo "Qarabağ"ı tərk edə bilər. 

Futbol11.az xəbər verir ki, "sambaçı"nın ximdətində Türkiyə Superliqasında mübarizə aparan "Adanaspor" maraqlıdır. Türkiyə mətbuatında yer alan xəbərə görə, Adana təmsilçisi artıq "Qarabağ"a rəsmi təklif də göndərib. Klublar arasında razılıq əldə olunsa, Reynaldo yaxın günlərdə Superliqa klubu ilə münasibətlərini rəsmiləşdirəcək. 

Qeyd edək ki, daha öncə "Gənclərbirliyi" Reynaldonu icarəyə götürmək istəsə də, daha sonra bu fikirdən daşınmışdı. 

Futbol11.az 

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017