wrapper

Millimizin və "Kəpəz"in sabiq futbolçusu Faiq Cabbarovun (şəkildə yuxardan soldan ikinci) ölüm xəbəri yayılıb.

Futbol11.az xəbər verir ki, bu barədə veteran futbolçunun yaxınlarına da məlumat veriblər.

Ancaq Cabbarovun nə ölüsünü, nə də dirisini görən yoxdu. Belə ki, yaxınları sabiq futbolçudan məlumatsızdılar. Bizdə olan məlumata görə, hər kəs itkin düşən Cabbarovu axtarır. 

Məsələ burasındadı ki, o, son vaxtlar içkiyə qurşanmışdı.

Gəncədə yaşayan Faiq Cabbarovun son olaraq bazarların birində kafedə kababçı işlədiyi də deyilir. 

Qeyd edək ki, Cabbarov karyerası ərzində “Avtomobilçi Yevlax”, “Kəpəz Kirovabad”, “Dinamo Kirov”, “Neftçi” və Gəncənin “Kəpəz” klublarında çıxış etmişdi. O, milli komandamızın heyətində 1993/98-ci illərdə 21 oyun keçirib.

Son redaktə Cümə axşamı, 12 Yanvar 2017