wrapper

Azərbaycan çempionu "Qarabağ"ın yay transfer dönəmində heyətinə qatdığı futbolçular ümidləri doğrultsalar da, bəziləri bu işin öhdəsindən tam gələ bilməyiblər. 

Futbol11.az xəbər verir ki, bu futbolçulardan biri də Yunanıstanın "Olimpiakos" klubundan icarəyə götürülən Tarik Əlyunussidi. Bir müddətdi zədədən əziyyət çəkən futbolçunın qış transfer dönəmində komandadan göndəriləcəyi planlaşdırılır. 

Əldə etdiyimiz məlumata görə, hazırda xroniki zədəsi aşkarlanan futbolçunun meneceri və klubu ilə danışıqlar gedir. Əgər tərəflər arasında razılıq əldə olunsa, 29 yaşlı norveçli futbolçu komandanı tərk edəcək. 

Qeyd edək ki, Mərakeş əsilli oyunçunun "Qarabağ"la icarə müqaviləsi mövsümün sonuna qədərdi. 

Mənbə: Futbol11.az