wrapper

“Düşünüb bir az özümüzü tənqid etməliyik. “Roma” kimi komandaya qalib gəldik. Hər iki matçda onlardan xal aldıq. Lakin italyanlar ÇL-də yoluna davam edir". Futbol11.az xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Saul Niges deyib.

Çempionlar Liqasında (ÇL) “Qarabağ”la eyni qrupda mübarizə aparmış Madrid təmsilçisi sonuncu tur çərçivəsində “Çelsi” ilə heç-heçə oynayıb (1:1). Yekunda 3-cü yeri tutan ispanlar mübarizəni Avropa Liqasında davam etdirəcəklər.

Ölkəsinin mətbuatına açıqlama verən Niges komandasının ÇL-in cari mövsümündəki uğursuz çıxışını dəyərləndirib. O, söhbət əsnasında “Qarabağ”la heç-heçə etdikləri oyunları (0:0, 1:1) yada salıb: "Biz “Qarabağ”la oyunlara baxmalıyıq. Hər iki qarşılaşmada xal itirdik. Bu olmamalı idi. “Çelsi” və “Roma” onlarla hər iki oyunda qələbə qazandı. Bizim mübarizəni dayandırmağımızın səbəbkarı “Qarabağ”dır. Həmin oyunları düşünməsək və ya fikirləşsək ki, hər iki matçda xal almışıq o zaman hər şey başqa oalcaqdı”.

Son redaktə Cümə axşamı, 07 Dekabr 2017